18:22 17 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9350
Rusiya xarici işlər naziri Sergey Lavrov

Lavrov Bakıya gəlir, mühüm toplantı olacaq

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
603 0 0

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirlərinin Şurasının iclası sabah Bakıda keçiriləcək

BAKI, 13 dekabr — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Bakıya gələcək. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, Lavrov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirlərinin Şurasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd etdiyi kimi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirlərinin Şurasında iqtisadi əməkdaşlıq, nəqliyyat, energetika, kənd təsərrüfatı da daxil olmaqla bir sıra məsələlər müzakirə olunacaq. 

Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (DQİƏT) 25 iyun 1992-ci ildə İstanbul Bəyannaməsinin imzalanması ilə yaranıb. 5 iyun 1998-ci ildə Yalta şəhərində üzv dövlətlərin dövlət və hökumət başçılarının Yalta Əsasnaməsini imzalamaları ilə (1 may 1999-cu ildə qüvvəyə minmişdir) tam olaraq təşkilat statusunu alıb. Təşkilatın yaradılması təşəbbüsü Türkiyəyə məxsusdur. Təşkilata Azərbaycan, Albaniya, Bolqarıstan, Ermənistan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Türkiyə, Yunanıstan, Ukrayna, Serbiya daxildir.

1 iyul 2018-ci il tarixindən 31 dekabr 2018-ci il tarixinədək DQİƏT-də sədrlik Azərbaycan Respublikasına keçib.

Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirlərinin Şurasının iclası sabah Bakıda keçiriləcək.

Teqlər:
səfər, Bakı, Rusiya xarici işlər naziri, Serqey Lavrov

Əsas mövzular