Yüz yaşı keçmiş qadın inanılmaz addım atdı

CC0 / Paul_Henri / парашютParaşüt, arxiv şəkli
Paraşüt, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
ALS xəstələrinə dəstək üçün 102 yaşında da paraşütlə tullandı

BAKI, 12 dekabr — Sputnik. Bir neçə il öncə qızını ALS xəstəliyindən itirən 102 yaşlı İrine Oşi maraqlı addım atıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, avstraliyalı qadın paraşütlə tullanaraq diqqəti üzərinə cəmləyə bilib. Qadının belə bir addım atmasında əsas məqsəd isə ALS xəstəliyinə diqqət çəkməklə yanaşı, həm də adını Ginnesin Rekordlar Kitabına daxil etmək olub.

Onun sözlərinə görə, paraşütlə tullanmaq yaş həddi tanımır: "Yaşından asılı olmayaraq hər kəs mənim kimi paraşütlə tullana bilər. Artıq 2016-cı ildən etibarən bununla məşğul oluram".

İrine Oşi artıq ən yaşlı paraşütçü kimi rekordu təzələyib.

Qeyd edək ki, 102 yaşlı qadın bu aksiya ilə pul qazanmaq və əldə etdiyi vəsaiti ALS xəstələri üçün xərcləməyi planlaşdırır.

Xəbər lenti
0