07:33 17 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
#YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası

Sputnik Azərbaycan ağır xəstəliyi olan uşaqların arzularını həyata keçirəcək

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
27920

Aksiyanı keçirməkdə məqsəd xəstə uşaqların arzusunu yerinə yetirmək və onlara əsl Yeni İl bayramını hədiyyə etməkdir

BAKI, 11 dekabr — Sputnik. Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosu Yeni İl ərəfəsində yenidən #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyasına start verib. Dekabrın 11-də start götürən layihə çərçivəsində Bakıdakı Talassemiya Mərkəzində müalicə alan uşaqlar üçün hədiyyələrin toplanması təşkil ediləcək.

Aksiyanı keçirməkdə məqsəd xəstə uşaqların arzusunu yerinə yetirmək və onlara əsl Yeni İl bayramını hədiyyə etməkdir.

Елка доброты Sputnik
© Sputnik / Murad Orujov
#YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası

Bunun üçün #YolkaXeyirxahlıqAğacı layihəsi çərçivəsində 18 yaşadək olan uşaqlara Şaxta Babaya məktub yazmaq üçün xüsusi açıqca verilir. Talassemiya Mərkəzinin balaca pasientləri o açıqcaya Yeni İldə almaq istədikləri hədiyyələri yazırlar.

Sputnik Azərbaycan uşaqların arzularını aidiyyəti üzrə çatdırır və bütün xeyirxah insanları Şaxta Baba qismində bu aksiyada iştirak etməyə, ağır qan xəstəsi olan uşaqlara çoxdan gözlədikləri bayramın sevincini yaşatmağa dəvət edir.

Layihədə arzu edən hər kəs iştirak edə bilər, heç bir məhdudiyyət yoxdur.

Елка доброты Sputnik
© Sputnik / Murad Orujov
#YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası

Özünü əsl Şaxta baba kimi hiss etmək istəyənlərə ağır xəstə olan uşaqların arzusunu yerinə yetirmək kifayətdir. Bunun üçün "Gənclik Moll"dakı (Ganjlik Mall) "Əli və Nino" kitab mağasında quraşdırılmış #YolkaXeyirxahlıqAğacı layihəsinə məxsus Yeni İl yolkasındakı istənilən açıqcanı seçmək, onu doldurmaq və dekabrın 27-dək hədiyyəni Sputnik Azərbaycan-ın redaksiyasına (Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, 4-cü mərtəbə) gətirmək, yaxud da elə "Əli və Nino" mağazasına qoymaq lazımdır.

#YolkaXeyirxahlıqAğacı aksiyası çərçivəsində toplanan hədiyyələr Yeni İl bayramı ərəfəsində Talassemiya Mərkəzində müalicə alan uşaqlara təqdim ediləcək.

#YolkaXeyirxahlıqAğacı haştağını sosial şəbəkələrdə paylaşaraq bu aksiyaya dəstək olmaq mümkündür!

Əlaqədar

Yeni İldən hər şey fərqli olacaq – Vergilər Məcəlləsinə dəyişikliklər baş tutdu

Əsas mövzular