05:44 23 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9069
Polis maşını hadisə yerində

Qubada daha bir gənc itkin düşüb

© Sputnik / Leyla Abdullayeva
XƏBƏRLƏR
Qısa URL
154 0 0

Şəkildə gördüyünüz gənci tanıyanlardan və barəsində məlumatı olanlardan məlumat vermələri xahiş olunur

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 11 dekabr — Sputnik. Quba rayonunun Aşağı Atuc kənd sakini, 19 yaşlı Elmar Məmmədov dekabr ayının 7-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. 

İtkin düşən Elmar Məmmədovun əlamətləri belədir: Boyu 180-185 sm., orta bədən quruluşlu, ağbəniz və uzunsov sifətli, saçlarının rəngi şabalıdı, sol qolunun bilək nahiyyəsində əməliyyat izləri var. Evdən çıxan zaman onun əynində qara rəngli qış gödəkcəsi və qara rəngli qış ayaqqabıları olub.

Quba rayonunun Aşağı Atuc kənd sakini Elmar Məmmədov
© DİN-nin mətbuat xidməti tərəfindən təqdim olunub
Quba rayonunun Aşağı Atuc kənd sakini Elmar Məmmədov

Şəkildə gördüyünüz gənci tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə 02333-5-35-11; 02333-5-43-02 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Onu da qeyd edək ki, bu, Qubada iki gün ərzində baş verən ikinci itkin hadisəsidir. 

Əlaqədar

İyirmi altı il öncə itkin düşən alpinist tapılıb
Rusiyada itkin düşən Azərbaycan vətəndaşını öz həmyerlisi qətlə yetiribmiş
Polis itkin düşən şəxslə bağlı təkzib verdi
Bölgədə itkin düşmüş qadın Bakıda tapıldı
Şiddətli meşə yanğını nəticəsində itkin düşənlərin sayı 1300 nəfərə yaxınlaşır
Gəncədə film kimi cinayət – Əvvəl evdən pullar itib, sonra oğlu itkin düşüb
Teqlər:
Daxili İşlər Nazirliyi, gənc, itkin, Quba

Əsas mövzular