17:08 21 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9343
Instagram sosial şəbəkəsi, arxiv şəkli

“Instagram” da daha bir yenilik

© Sputnik / Natalya Seliverstova
XƏBƏRLƏR
Qısa URL
12 0 0

Hətta dostluq siyahısında olanlar yaxın dostlar siyahısını görməyəcək

BAKI, 11 dekabr — Sputnik. “Instagram” rəhbərliyi istifadəçiləri üçün daha bir yenilik hazırlayır.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaxın günlərdə sosial şəbəkədə “yaxın dostlar” siyahısı yaradılacaq. İstifadəçilər dostluq siyahısında olan ən yaxın dostlarını həmin siyahıya əlavə edəcək. İstifadəçi özəl, məhz həmin siyahıda olan dostları üçün əlavə paylaşımlar edə biləcək. Bu paylaşımları başqa dostları görməyəcək. Hətta dostluq siyahısında olanlar yaxın dostlar siyahısını görməyəcək və o siyahıda olmadığını belə hiss etməyəcək. Yaxın dostlar siyahısında olanlar isə adlarının yanında yaşıl rəng görəcək. Hətta onlar da siyahıda özlərindən başqa kimlərin olduğunu görə bilməyəcək.

Qeyd edək ki, bu siyahını hazırlamaq üçün “Instagram”da sağ üst hissədə nizamlamalara daxil olsanız, orada “yaxın dostlar yarat" var. Ora daxil olub istənilən dostu “yaxın dostlar” siyahısına əlavə edə bilərsiniz.

Əsas mövzular