09:24 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9254
Minskdə keçirilən KTMT sammiti

KTMT-nın sammiti Ermənistana görə təxirə düşdü

© Sputnik / Viktor Tolochko
XƏBƏRLƏR
Qısa URL
60 0 0

Rusiya prezidentinin köməkçisi həmçinin bəyan edib ki, ilin sonuna kimi çətin ki, KTMT-nın sammiti baş tutsun

BAKI, 4 dekabr — Sputnik. Dekabrın 6-ə keçirilməsi nəzərdə tutulan Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin liderlərinin sammiti Ermənistanın müvafiq xahişi nəzərə alınmaqla təxirə salınıb. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Dekabrın 9-u keçiriləcək seçkilərlə bitəcək seçkiöncəsi kampaniyanı əsas gətirən Ermənistan tərəfinin xahişini nəzərə alaraq KTMT-nın növbəti sammitini dekabrın 6-ı keçirməməyə qərar verdik", - deyə Uşakov qeyd edib.

Kreml rəsmisinin sözlərinə görə, bununla da KTMT baş katibi vəzifələrini Valeriy Semerikov icra edəcək.

Yeni baş katib barədə danışan Uşakov qeyd edib ki, "bu vəzifəyə bir neçə namizəd var".

Rusiya prezidentinin köməkçisi həmçinin bəyan edib ki, ilin sonuna kimi çətin ki, KTMT-nın sammiti baş tutsun.

Əsas mövzular