12:24 15 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Ət

Sevgilisini öldürərək ətini işçilərinə yedirdi

CC0 / webandi / Meat
XƏBƏRLƏR
Qısa URL
112 0 0

Hadisənin üstü isə kişinin bacısının blenderin içində insan dişi tapması ilə açılıb

BAKI, 21 noyabr — Sputnik. Birləşmiş Ərəb Əmirliklərində qəribə hadisə baş verib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, 7 il birlikdə yaşadığı kişi qadından ayrılmaq istədiyini, başqası ilə evlənəcəyini deyir. Bunu eşidən qadın əsəblərini cilovlaya bilmir və kişini öldürür. Onu öldürəndən sonra cəsədi parçalara ayırır və bişirir. Bişmiş insan ətini pakistanlı işçilərinə yedirir.

Hadisənin üstü isə kişinin bacısının blenderin içində insan dişi tapması ilə açılır. Bundan sonra polis tərəfindən araşdırma başlanır və qadının 3 ay öncə kişini öldürdüyü məlum olur.

Əsas mövzular