20:29 18 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9292
Əli qandallı şəxs

Jurnalistin avtomobilini qarət edən şəxs saxlanılıb

© Sputnik / Anar Mustafayev
XƏBƏRLƏR
Qısa URL
85 0 0

Qeyd edək ki, "Mercedes Benz" markalı avtomobilin sahibi İlkin Nadirov "Azad Azərbaycan" televiziyasının əməkdaşıdır

BAKI, 12 noyabr — Sputnik. Yasamal rayonu ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə 2-ci Alatava küçəsində Bakı şəhər sakini İlkin Nadirova məxsus "Mercedes", Xiyabani küçəsində isə İslam Babayevə məxsus "KİA" markalı avtomobillərdən şüşəni sındırmaq yolu ilə pul, bankomat kartları və qol saatı oğurlanmaları barədə müraciətlər daxil olub.

Məlumatlarla əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyənləşdirilərək saxlanılıb. Araşdırmalarla onun Abşeron rayon sakini Elxan İsayev olduğu müəyyən edilib.

Qeyd edək ki, "Mercedes Benz" markalı avtomobilin sahibi İlkin Nadirov "Azad Azərbaycan" televiziyasının əməkdaşıdır.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Əlaqədar

Azərbaycanlı "qanuni oğru" azadlığa çıxdı
Azərbaycana oğru kimi gələn əfsanəvi müğənni xəstəxanaya düşdü
İstanbulda tutulan azərbaycanlı "qanuni oğru" ilə bağlı yeni ilginc faktlar
Paytaxtda "rekordçu oğru" saxlanıldı
Teqlər:
oğurluq, oğru, qarət, Daxili İşlər Nazirliyi

Əsas mövzular