03:30 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0251
  • EUR1.9117
Yağış

Ölkə əhalisinə xəbərdarlıq edildi

CC0 / Pexels / Rain
XƏBƏRLƏR
Qısa URL
627 0 0

Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var

BAKI, 7 noyabr - Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 8-də gün ərzində arabir yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir. 

Məlumatda qeyd olunur ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 8-10, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında isə sabah hava şəraiti, əsasən, yağmursuz keçəcək. Lakin Lənkəran-Astara zonasında gecə və səhər yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 14-18° isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  3-8 dərəcə  isti təşkil edəcək. 

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 08-09-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün, əsasən, əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentini ölkə əhalisinə xəbərdarlıq da edir. Belə ki, Bakıda və Abşeron yarımadasında

noyabrın 8-i gündüzdən başlayan yağışın 9-u gündüzədək yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var.

Noyabrın 8-dən 9-u səhərədək Lənkəran-Astara zonasında isə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var.

Əlaqədar

Həftənin son gününün hava şəraiti məlum oldu
Paytaxtda hava yenidən dəyişəcək
Sabaha gözlənilən hava şəraitindən xəbərdar olun
Axşam saatları üçün hava proqnozu açıqlandı
Hava limanında baş verən qəzada yaralananlar var - FOTO
Gün ərzində hava şəraiti dəyişəcək
Teqlər:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, yağış

Əsas mövzular