05:08 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9377
Con Bolton

O gəldi

© AP Photo / Susan Walsh
XƏBƏRLƏR
Qısa URL
159 0 0

Bolton regiona səfəri zamanı İran məsələsinə xüsusi diqqət ayıracaq

BAKI, 24 oktyabr — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Trampın milli təhülkəsizlik üzrə müşaviri Con Bolton Azərbaycana gəlib. Sputnik Azərbaycan xəbər verir ki, Boltonun Bakıda Prezident İlham Əliyev və digər rəsmilərlə görüş keçirəcəyi gözlənilir.

Xatırladaq ki, Bolton öz səfəri ilə bağlı "Twitter"-də məlumat paylaşarkən, ABŞ maraqlarının təşviqi üçün Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcəyini bildirib.

Ekspertlər isə, düşünürlər ki, Bolton regiona səfəri zamanı İran məsələsinə xüsusi diqqət ayıracaq və region ölkələri rəhbərlərindən İranla əlaqələrin səviyyəsini aşağı salmasını istəyəcək.

ABŞ prezidentinin müşavirinin Bakıdan sonra Yerevan və Tbilisiyə səfər edəcəyi gözlənilir.

Onu da əlavə edək ki, C.Bolton Rusiyaya qarşı sanksiyaların müəllifi kimi tanınır.

Əlaqədar

Boltonun Qafqaz səfəri – Hamı İranı hədəf göstərir
Teqlər:
Azərbaycan, Con Bolton, Donald Tramp, prezident, ABŞ, Birləşmiş Ştatlar

Əsas mövzular