15:27 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Ziya Bünyadov prospekti kənar yol ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə hərəkət bərpa ediləcək

Paytaxt sürücülərinə şad xəbər

© Foto : BNA-nin mətbuat xidməti
XƏBƏRLƏR
Qısa URL
308 0 0

Nəqliyyat vasitələri həmin istiqamətdə hərəkətlərini davam etdirə bilər

BAKI, 15 oktyabr — Sputnik. Ziya Bünyadov prospekti kənar yol ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə hərəkət bərpa ediləcək. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu, yol infrastrukturunun təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən hazırlanan layihənin icrası sayəsində mümkün olub.

Dəyişikliyə əsasən, Atatürk prospektindən Ziya Bünyadov prospekti kənar yolla hərəkət edən nəqliyyat vasitələri Azadlıq prospekti və mərkəz istiqamətində hərəkətlərini davam etdirə və ya geriyədönmə əməliyyatını həyata keçirə bilərlər.

"Ziya Bünyadov prospekti ilə 20 yanvar və Qələbə dairəsi istiqamətindən gələn nəqliyyat vasitələri də Azadlıq prospekti-Binəqədi şosesi istiqamətində hərəkətlərini davam etdirə biləcəklər. Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində isə (Atatürk prospekti istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti svetofor vasitəsi ilə nizamlanacaq" — deyə məlumatda qeyd olunur.

BNA sürücülərdən qeyd edilən ərazidə hərəkət edərkən svetoforun və yol nişanlarının tələbinə riayət etmələrini xahiş edir.

Əlaqədar

Yol polisi sürücülərə müraciət etdi
Sürücülərin nəzərinə: Bu magistral yolda təmir işləri aparılır
Dövlət Yol Polisindən sərnişindaşıma fəaliyyəti ilə məşğul olanlara xəbərdarlıq
Teqlər:
Azadlıq prospekti, Ziya Bünyadov prospekti, dairə, yol, nəqliyyat vasitələri

Əsas mövzular