23:15 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9322
Əli qandallı kişi

Dəhşətli qəza ilə bağlı tutulan var

© Sputnik / Anar Mustafayev
XƏBƏRLƏR
Qısa URL
167 0 0

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir

BAKI, 2 oktyabr — Sputnik. Ölümlə nəticələnən yol qəzasında şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Baş Prokururluqdan məlumat verilib.

Bildirilib ki, sentyabrın 30-da saat 07:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində Rövşən Həsənovun idarə etdiyi "Mercedes Benz 208 D" markalı, 01-BP-806 dövlət qeydiyyat nişanlı mikroavtobusla Qabil Məmmədovun idarə etdiyi "Mersedes Benz 4140" markalı, 90-CT-969 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub. 

Nəticədə mikroavtobusun sürücüsü R.Həsənov, həmin mikroavtobusun sərnişini, təqribən 60-65 yaşlarında naməlum qadın aldıqları xəsarətlərdən hadisə yerində, sərnişinlər Raisa Rzayeva və Tamara İsmayılova isə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında vəfat ediblər. Mikroavtobusda olan digər 13 sərnişin müxtəlif dərəcəli bədən xəsarətlərı ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Fakta görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə və nəqliyyat vasitələrinə baxış keçirilib, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilmiş, şahidlərin ifadəsi alınıb və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib. Qabil Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Əlaqədar

Sumqayıtda ağır qəza olub, çoxlu sayda ölənlər və yaralananlar var
Bərdədə ağır qəza oldu, sürücü öldü
Bakıda dəhşətli qəza: Eyni anda 4 nəfər öldü
Paytaxtda ağır qəza oldu, orta yaşlı piyada vuruldu - VİDEO
Sumqayıtda ağır qəza: Avtobus "Kamaz"la toqquşub, çoxlu yaralı var
Yevlaxda dəhşətli qəza: Piyadanı dalbadal 2 maşın vurdu
Teqlər:
istintaq və təhqiqat şöbəsi, Daxili İşlər Nazirliyi, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası, mikroavtobus, "Mersedes Benz 4140", "Mercedes Benz 208 D", Sumqayıt, Bakı-Quba-Dağıstan sərhədi, ölüm, qəza

Əsas mövzular