23:53 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Milli Məclisin iclası

Parlamentdə diqqətçəkən çağırış: 6 ay ərzində heç bir məmur işdən çıxarılmasın

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
8541 0 0

Fazil Mustafa: "Azərbaycanda "Məmurların hüquqlarının müdafiəsi haqqında" qanun layihəsinin hazırlanmasına böyük ehtiyac var"

BAKI, 1 oktyabr — Sputnik. "Azərbaycanda "Məmurların hüquqlarının müdafiəsi haqqında" qanun layihəsinin hazırlanmasına böyük ehtiyac var. Ölkəmizdə tez-tez kadr dəyişiklikləri olur".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çxıış edən millət vəkili Fazil Mustafa deyib. Deputat bildirib ki, tez-tez mətbuatda nazirliklərin mətbuat xidmətinin məlumatı ilə tanış olan zaman görünür ki, 5 nəfər işdən çıxarıldı, filankəs filan vəzifəyə təyin olundu və s.

"Biz bu kimi hallara görə, məmurların hüquqlarını müdafiə edən qanun hazırlamalıyıq. Məmurların əksəriyyəti qanunlarla işləmək istəyən dürüst insanlardır. Ancaq rəhbər vəzifəsinə təyin olunan bir şəxs həmin yerdə dəyişiklik edir. Həmin məmurları işdən çıxarır" — F.Mustafa bildirib.

Bunun yolverilməz olduğunu qeyd edən millət vəkilinin sözlərinə görə, peşəkar məmurun hazırlanmasına 10-15 il vaxt sərf olunur: "Bəlkə dövlət başçısı rəhbər təyin etdiyi şəxslər qarşısında belə bir tapşırıq qoysun ki, 6 ay ərzində heç kimə toxunmasınlar. Hesab edirəm ki, məmurun qorunması mexanizmi vacibdir".

Əlaqədar

"Milli Məclis dövlətimizin uzaqgörən siyasətini dəstəkləmək naminə əlindən gələni edəcək"
Milli Məclisdən ciddi qərarlar gözlənilir
Milli Məclisin sabiq deputatı dünyasını dəyişib
Teqlər:
millət vəkili Fazil Mustafa, qanun, hüquq, məmur, Azərbaycan

Əsas mövzular