02:03 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Milli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli

"Milli Məclis dövlətimizin uzaqgörən siyasətini dəstəkləmək naminə əlindən gələni edəcək"

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
18 0 0

Oqtay əsədov: "Biz Azərbaycan parlamentinin 100 illik yubileyini yüksək səviyyədə qeyd etdik"

BAKI, 1 oktyabr — Sputnik. "Azərbaycan parlamentinin 100 illik yubileyi ilə bağl tənətənəli iclas keçirildi və həmin tədbirdə dövlət başçısı İlham Əliyev mühüm nitq söylədi. Azərbaycan Prezidenti Milli Məclisin fəaliyyəti, eləcə də dövlət siyasəti ilə bağlı mühüm fikirlər söyləyib. Bu fikirlər bizim üçün böyük əhəmiyyət kəsb edir".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib. O bildirib ki, Milli Məclis Azərbaycan dövlətinin uzaqgörən siyasətini dəstəkləmək naminə əlindən gələni edəcək.

"Bildiyiniz kimi 100 illik yubileylə bağlı tədbirdə 300-ə yaxın beynəlxalq nümayəndə iştirak edirdi. Hesab edirəm ki, biz Azərbaycan parlamentinin 100 illik yubileyini yüksək səviyyədə qeyd etmiş olduq" — spiker vurğulayıb.

Parlamentin yaz sessiyasını uğurla başa vurduğunu deyən O.Əsədov qeyd edib ki, ötən sessiya dövründə 16 iclas keçirilib, 261 qanun qəbul edilib: "Milli Məclisin ötən sessiya dövründə beynəlxalq əlaqələri inkişaf edib, millət vəkilləri 38 ölkəyə 90-dan çox səfərlər edib".

"Milli Məclisin xətti ilə 5 beynəlxalq təşkilatın Azərbaycanda iclası keçirilib. Mən əminəm ki, Milli Məclis payız sessiyasında da işini uğurla həyata keçirəcək" — sədr əlavə edib.

Əlaqədar

Milli Məclisin sabiq deputatı dünyasını dəyişib
Milli Məclisin əməkdaşı vəfat edib
Milli Məclis üzvündən bədbin açıqlama: "Sərt qərar Azərbaycana təsirsiz ötüşməyəcək"
Teqlər:
sədr, Oqtay Əsədov, spiker, Milli Məclis, parlament, Azərbaycan

Əsas mövzular