13:40 26 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
160 0 0

Prezident:"İnsanların həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi"

BAKI, 22 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə İranın cənubundakı Əhvaz şəhərində hərbi parad zamanı baş vermiş terror aktı ilə bağlı başsağlığı verib.

Sputnik Azərbaycan prezident.az-a istinadla xəbər verir ki, başsağlığı məktubunda İlham Əliyev baş vermiş hadisə ilə bağlı kədərini ifadə edib və terrorizmin bütün formalarına qarşı mübarizənin vacib olduğunu bildirib.

Məktubda deyilir:

"Ölkənizdə törədilmiş terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.
Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi pisləyir, onun bütün forma və təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

Əsas mövzular