BAKI, 18 sentyabr — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev yüksək vəzifəyə təyinat alıb. Sputnik Azərbaycan xəbər verir ki, H.Hacıyevə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbər müavini vəzifəsi həvalə olunub.
Qeyd edək ki, H.Hacıyev 2014-cü ildən XİN-in mətbuat katibi vəzifəsində çalışıb.