CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəmi 5 dəqiqəyə…

© pixabay / tookapicKompüter arxasında oturmuş adam, arxiv şəkli
Kompüter arxasında oturmuş adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Segerdal artıq öz araşdırmasını Aplle, Mircosoft və İntel şirkətlərinə göndərib

BAKI, 16 sentyabr — Sputnik. Ən müasir kompüterlər belə hakerlərə qarşı həssasdır. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bunu F-Secure şirkətinin mütəxəssisləri qeyd ediblər.

Təhlükəsizlik məsləhətçisi Olle Segerdala görə, istənilən kompüterə hücum edib, ona müdaxilə etmək 5 dəqiqə zaman alır. Hakerlər şəxsi məlumatları oğurlamaq üçün “soyuq sıfırlama” üsulundan istifadə edə bilirlər.

Bu hücum üsulu, işləyən proqramları dayandırmadan kompüterin bağlanması və yenidən işə başlamasından ibarətdir. Bundan sonra kiber-dələduzlara yalnız RAM-da olan məlumatları bərpa etmək tələb olunur.

Комната в заброшенном здании, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Qaranlıqda kompüter və smartfondan istifadə etməyin

Müasir cihazlar əsas yaddaşı yenidən yazmaq imkanına malikdirlər. Lakin Segerdal bu prosesin aradan qaldırılması üçün bir yol tapıb. O, müəyyən edib ki, onları idarə edən ayarlar fiziki müdaxilədən qorunmur. Belə ki, kiber hücumçu yaddaşı yenidən yazmaq prosesini dayandıra və xarici USB-dən istifadə edərək hücuma başlaya bilər.

Mütəxəssislərin fikrincə, hakerlərin hədəfi ilk növbədə itirilmiş noutbuklardır. Şirkət işçilərinin iş cihazları da hakerlərin xüsusi maraq dairəsindədir. Çünki onlar bu cihazlar vasitəsilə korporativ şəbəkələri sındıra bilirlər.

Segerdal artıq öz araşdırmasını Aplle, Mircosoft və İntel şirkətlərinə göndərib. O qeyd edib ki, bu problemin həlli hələ ki, tapılmayıb.

Xəbər lenti
0