11:57 13 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0251
  • EUR1.9117
Polietilen paket. arxiv şəkli

Yeni kəşf gəlir – Daha bizi zəhərləməyəcəklər

CC0 / cocoparisienne / Plastic bag
XƏBƏRLƏR
Qısa URL
104 0 0

Dənizə düşən bu plastik növü yüz gün ərzində tamamilə parçalanır

BAKI, 11 sentyabr — Sputnik. Çin alimləri dəniz suyunda qısa vaxt ərzində parçalana bilən plastik növü hazırlayıblar. Yeni texnologiya okeanın plastik tullantılarla çirklənməsi ilə bağlı yaranan problemləri aradan qaldırmağa imkan verəcək.

Sputnik Azərbaycan "Seanews"-a istinadən xəbər verir ki, Çin Elmlər Akademiyasının Fizika və Kimya İnstitutunun alimləri tərəfindən müvəffəqiyyətlə sintezləşdirilmiş qabaqcıl poliefirlər suda həll olma və mikroorqanizmlərin parçalanma qabiliyyətini özündə birləşdirir.

İnstitutun böyük mühəndisi Van Qes bildirib ki, dənizə düşən bu plastik növü yüz gün ərzində tamamilə parçalanır və son nəticədə ekoloji təhlükəsizliyə problem yaradan makromolekulyar maddələrə çevrilmir.

Mütəxəssislərin fikrincə, bu material gələcəkdə bir çox sahələrdə adi plastiki əvəz edə bilər.

Qeyd edək ki, okeanın plastik tullantılarla çirklənməsi ictimaiyyətin diqqətini cəlb edir. Araşdırmalara görə, hər il okeana 4,8-12,7 milyon ton plastik tullantı atılır.

Teqlər:
dəniz suyu, tullantı, plastik, texnologiya

Əsas mövzular