15:28 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Pəncərə önündə dayanmış uşaq, arxiv şəkli

Yoldan keçənlər pəncərədən düşən körpəni xilas etdilər – VİDEO

CC BY 2.0 / Donnie Ray Jones / Window
XƏBƏRLƏR
Qısa URL
97 0 0

Qızın atası onlara öz minnətdarlığını bildirib, şəhər rəhbərliyi isə onları mükafatlandırmağı planlaşdırır

BAKI, 11 sentyabr — Sputnik. Çində yoldan keçən şəxslər binanın fasadı ilə dördüncü mərtəbəyə qalxaraq pəncərədən sallanan balaca qızı xilas ediblər. Bu barədə Sputnik Azərbaycan "Daily Mail"-ə istinadən xəbər verir.

Hadisə ölkənin şərqində Çyansu vilayətinin Çanşu şəhərində baş verib. Təxminən 2-3 yaşlı qız evdə tək olub. Anası onu yatmağa qoyub və işlərinin dalınca gedib. Anası evdə olmadığı vaxt qız oyanıb, pəncərəni açıb və kondisioner üçün nəzərdə tutulan balkona çıxıb. Qızçığaz 9 metr hündürlükdə balkonun çöl hissəsində çətinliklə durub.

Qızı binanın yanından keçənlər xilas edib. İki kişi karniz və kondisionerlin köməkliyi ilə iki dəqiqədən az müddətə qızın yanına çıxa bilib.

Şəhərin polis idarəsi sosial şəbəkəsindəki hesabında videonu paylaşaraq qəhrəmanları üzə çıxmağa səsləyib. Onlar 33 yaşlı sürücü Çju Çzulin və 44 yaşlı fitnes ustası U Çinsyan olub.

Qızın atası onlara öz minnətdarlığını bildirib, şəhər rəhbərliyi isə onları mükafatlandırmağı planlaşdırır.

Teqlər:
eyvan, xilas, Çin, uşaq

Əsas mövzular