14:36 15 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Bakı bulvarı

Sabaha gözlədiyimiz xəbər açıqlandı

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
240 0 0

Səhər və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var

BAKI, 5 sentyabr — Sputnik. Sentyabrın 6-na gözlənilən hava haqqında məlumat açıqlanıb. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki,  sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-21, gündüz 27-30, Bakıda gecə 18-20, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Azərbaycanın rayonlarında isə hava şəraitinin yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Əlaqədar

ETSN hava şəraitindən gözləntiləri açıqladı
Sentyabr ayı üçün hava proqnozu
Sabahın hava proqnozu açıqlandı
Hava xəbərdarlığı edilir
Yeni həftənin ilk günü hava necə olacaq?
İstirahət günləri bizi necə hava gözləyir?
Teqlər:
isti, dərəcə, hava, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti

Əsas mövzular