14:39 15 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Ofis işçisi

Dövlət qurumlarına işçi tələb olunur

CC0 / StartupStockPhotos / job
XƏBƏRLƏR
Qısa URL
32310

Ümumilikdə 31 vakant vəzifə üzrə müsahibə elan olunub

BAKI, 27 avqust — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2018-ci il 27 avqust tarixində dövlət orqanlarında A və B növünə aid dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib. Bu barədə Sputnik Azərbaycan-a DİM-in məlumat verilib.

Bildirilib ki, elana çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə, həmçinin məhkəmə orqanlarında olmaqla 8-i dövlət qulluğu vəzifələrinin A növü (inzibati rəhbər), 23-ü isə B növü vəzifələrinə (inzibati icraçı) aiddir.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4‑cü təsnifatına uyğun olan Qida Təhlükəsizliyi Agentliyində şöbə müdirinin müavini və inzibati vəzifələrin 5-ci təsnifatına uyğun sektor müdiri vəzifələridir. Ümumilikdə isə, Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyində 12 vəzifə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2 vəzifə, Gənclər və İdman Nazirliyində 2 vəzifə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 1 vəzifə, Bakı Apelyasiya Məhkəməsində 12 vəzifə və Maliyyə Nazirliyində 2 vəzifə olmaqla 31 vakant vəzifə elana çıxarılıb.

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu elektronlaşdırılıb. Təqdim edilən sənədlər dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatları əsasında yoxlanılır.

Elektron qaydada daxil edilmiş məlumatların və sənədlərin düzgünlüyünün elektron informasiya ehtiyatları əsasında yoxlanılması mümkün olmadığı halda, Mərkəzin tələbi əsasında müvafiq sənədlərin müəyyən edilmiş qaydada təsdiq olunmuş surətləri və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əsilləri Mərkəzə təqdim edilməlidir.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər "Dövlət qulluğu üzrə müraciət Forması" vasitəsilə 27 avqust 2018-ci il tarixindən 27 sentyabr 2018-ci il saat 18:00-dək (30 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidir.

Əlaqədar

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun nəticələri açıqlanıb
Agentlik məktəblilər üçün müsabiqə elan etdi: Qiymətli hədiyyə...
Teqlər:
müsahibə, vəzifə, dövlət qulluğu, DİM, Dövlət İmtahan Mərkəzi

Əsas mövzular