15:56 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Yolda aparılan təmir işləri. Arxiv şəkli

Yenə xəbərdarlıq edilir, iki istiqamətdə yollar təmirə bağlanıb

© Foto : i.ytimg.com
XƏBƏRLƏR
Qısa URL
88 0 0

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur

BAKI, 30 iyul — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) sürücülərə xəbərdarlıq edir. Bu barədə Sputnik Azərbaycan-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-lik hissəsində, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-120 km-də bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

Məlumata görə, avtomobillərin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Abşeron rayonu, Xırdalan dairəsində və Bakı şəhəri Həsən Əliyev-Bakıxanov küçəsinin kəsişməsində, Cəlil Məmmədquluzadə küçəsində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır.

İşlər axşam saatlarında qədər yekunlaşdırılacaq. Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Əlaqədar

Sürücülərin nəzərinə: Paytaxtın bu yolu təmir edilir
Respublika əhəmiyyətli yolun təmirinə başlanıldı
Diqqət: Dağılmış vəziyyətdə olan yol təmir edilir
Yeni yol təmiri başlayıb
Teqlər:
avtonəqliyyat vasitələri, sürücü, AAYDA, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Əsas mövzular