05:30 13 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0252
  • EUR1.9245
Jurnalistika və İnkişaf İctimai Birliyi tərəfindən sərnişin və yükdaşıma sahəsində yeniliklər, problemlər və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib

DYP: Belə nəqliyyat vasitələri şəhərə buraxılmamalıdır

© Sputnik / Irade CELIL
XƏBƏRLƏR
Qısa URL
293 0 0

Sərnişin və yükdaşıma sahəsindəki yeniliklər, problemlər, qarşıda duran vəzifələr müzakirə olunub

BAKI, 25 iyul — Sputnik. Bu gün "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyi tərəfindən sərnişin və yükdaşıma sahəsində yeniliklər, problemlər və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə DİN Baş Dövlət Yol Polisi İdarəsinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Xidmətinin rəhbərləri iştirak ediblər. 

Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, kənd təsərrüfatı texnikalarına nəzarət artırılır: "Nəqliyyat parkının yenilənməsi istiqamətində işlər aparılır. Kənd təsərrüfatı texnikalarının iştirakı ilə qəzalarda 10 nəfərin xəsarət almışdı. Nasaz işıqları, qoşquları olan traktorlar, kənd təsərrüfatı vasitələri gecələr yollara buraxılmamalıdır".

"Digər problemli məsələ traktorların qoşqusunda sərnişinlərin daşınmasıdır. Qanun buna icazə vermir. Sabirabada traktorun qoşqusunda qəzaya düşüb ölən bir ailənin 6 üzvü buna misaldır. Belə kənd təsərrüfatı vasitələrinin gecə vaxtı hərəkəti də qadağandır. SSRİ dövründə bu vasitələrə nəzarət güclü idi. Bizim əməkdaşlarımız çox sayda içkili vəziyyətdə traktor idarə edən sürücüsü saxlayıb. Onlar düşünürlər ki, traktoru kim yoxlayacaq, ona görə də içkili halda traktoru idarə etməkdən çəkinmirlər" — K.Əliyev deyib.

Daha sonra hüquqşünas, yol-nəqliyyat eksperti Ərşad Hüseynov çıxış edib. O qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatı texnikasını idarə edəcək kadrlara ehtiyac var: "Bu gün Azərbaycanda 80 minə yaxın kənd təsərrüfatı texnikası var. Lakin bu texnikanı düzgün idarə edəcək kadrlar çatışmır. Bəzi insanlar sürücülük vəsiqəsi olmadan bu nəqliyyat vasitələrini idarə edirlər və xəbər yayılır ki, traktor aşıb, neçə nəfər dünyasını dəyişib. Bu, peşəkar kadrların olmamasından, kənd təsərrüfatı texnikasının düzgün idarə edilməməsindən irəli gəlir".

Jurnalistika və İnkişaf İctimai Birliyi tərəfindən sərnişin və yükdaşıma sahəsində yeniliklər, problemlər və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib
© Sputnik / Irade CELIL
"Jurnalistika və İnkişaf" İctimai Birliyi tərəfindən sərnişin və yükdaşıma sahəsində yeniliklər, problemlər və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib

Ə.Hüseynov bildirib ki, digər problemlərdən biri də kənd təsərrüfatı texnikasına vaxtında texniki qulluğun edilməməsidir: "Bu il kombaynın yanması, aşması ilə bağlı faktlar qeydə alınıb. Bütün bunlar qeyri-peşəkarlıqdan irəli gəlir. Ona görə də bu sahədə kadrların hazırlanmasına ehtiyac var".

RYTN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sədr müavini İbrahim Əliyev isə deyib ki, bu gün kənd təsərrüfatı məhsulları ümumi qaydada istifadə olunan maşınlarda daşınır: "Bəzi kənd təsərrüfatı texnikaları standartdan geri qalır. Belə avtomobillərlə yola çıxmaz düzgün deyil. Bu da sonda yol nəqliyyat hadisələrinin olmasına səbəb olur".

"Ölkədaxili yük daşımadan fərqli olaraq beynəlxalq daşımalarda hər bir iş standartlara uyğun aparılır. İlin sonuna kimi yük və sərnişin daşımaları ilə bağlı dəyişiklikləri sona çatdıracağıq. Orada yol hərəkətində təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirilir. Texnikanın müəyyən qədər köhnə olması qəzaların baş verməsinə gətirib çıxarır" — deyə İ.Əliyev vurğulayıb.

Sədr müavini, həmçinin qeyd edib ki, beynəlxalq daşımalarda və ölkədaxili daşımalarda avtomobil nəqliyyatı parkı yenilənməlidir: "Belə ki, bu avtomobillərin 80-88 faizi köhnədir. Bu sahə ilə bağlı müəyyən proqramlar hazırlanır və müəyyən razılaşmalardan sonra ictimaiyyətə açıqlamalar veriləcək".

Əlaqədar

Ağstafada traktor piyadanı vurub
Masallıda qəza baş verdi, 11 nəfər yaralandı
Ağır qəza yenə can aldı, xəsarət alanların arasında uşaq da var
Baş vermiş qəza ilə bağlı birgə rəsmi məlumat yayıldı
Rəsmi qurumdan sakinlərə qarşı qəza ilə bağlı humanist addım
Teqlər:
Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Xidməti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti, "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyi, DİN Baş Dövlət Yol Polisi İdarəsi

Əsas mövzular