12:42 01 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
159 0 0

Sumqayıtda, dənizin "xalq çimərliyi" adlanan ərazisində 25 yaşlı Corat sakini batıb

BAKI, 19 iyul — Sputnik. Dünən axşam saatlarında Sumqayıtda, dənizin "xalq çimərliyi" adlanan ərazisində 25 yaşlı Corat sakini batıb. Şahidlərin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, hadisə 18.00 radələrində baş verib.

"Feyruz ailədə 3 qardaşdan sonuncudur. Arıq, balacaboy oğlan idi. Dünən axşam dostları ilə istirahətə gəlib. Heç uzağa da getməyib. Elə dənizin içində 30 metrlikdə batıb, boğulub" — deyə hadisə şahidləri qeyd ediblər.

Batan şəxsin yaxınları, qohumları gecə saat 3-ə qədər dəniz kənarında olub, onu axtarıblar. 

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə isə iyulun 18-də Sumqayıt şəhərində dənizdə batdığı ehtimal olunan, 1993-cü il təvəllüdlü Fərzəliyev Fehruz Bəylər oğlunun axtarışları başa çatıb.

F.Fərzəliyevin cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əlaqədar

Türkiyədə 160 nəfərin olduğu gəmi batdı
Xəzər ölüm dənizinə çevrilir: Bir gündə 3 nəfər batdı
Gənc oğlan Qazaxda süni göldə batdı
Faciə: 100-ə yaxın miqrant dənizdə batdı
İçində 80 nəfərin olduğu gəmi batdı - İndoneziyada
Qarda batdı, "öz saçından" dartaraq oradan çıxdı - Münhauzenin qoçaqlığı təkrar olundu
Teqlər:
dənizdə boğulmaq, dəniz, Corat, Sumqayıt, Xəzər

Əsas mövzular