00:20 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
347 0 0

"Bakı Metropoliteni" hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlər axtarır

BAKI, 16 iyul — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçimini həyata keçirir. Qurumun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, seçimdə iştirak etmək istəyən namizədə dair tələblər aşağıdakı kimidir:

• yaşı 24-30 arasında olan;

• ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı;

• hərbi mükəlləfiyyətli kişilər, eləcə də qadınlar iştirak edə bilərlər.

Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5 ay davam edəcək. İmtahanlar həm nəzəri, həm də praktiki məşğələlər üzrə keçiriləcək.

İddiaçılar "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq"bölməsinə daxil olaraq, "Bizdə iş" yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar. Elektron müraciət doldurularkən, iddia etdiyiniz peşə kimi "maşinist" göstərilməlidir.

Elektron ərizələr 10 avqust 2018-ci il tarixinə qədər qəbul edilir.

Əlaqədar

Bakı Beynəlxalq Avtovağzalı iş rejimini dəyişir
Tələsin, iş var
Teqlər:
maşinist, qatar, QSC, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti

Əsas mövzular