06:13 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
XƏBƏRLƏR
Qısa URL
79 0 0

Avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə məhdudlaşdırılacaq

BAKI, 25 iyun — Sputnik. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Sabunçu yol qovşağından Zabrat qəsəbəsi istiqamətində və əksinə, həmçinin Ziya Bünyadov prospetinin Böyük Şor yol qovşağı ilə kəsişən hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, rənglənmə işləri bu gün axşam saatlarınadək davam etdiriləcək.

Bu məqsədlə avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq. Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Əlaqədar

Diqqət: Bu yolla gedərkən ehtiyatlı olun
Diqqətli olun, bu yollarda dəyişiklik ediləcək
Hərbi paradla bağlı yollar bağlanılacaq
Teqlər:
üfüqi nişanlanma, Böyük Şor yol qovşağı, Zabrat qəsəbəsi, Sabunçu yol qovşağı, təhlükəsiz hərəkət, avtonəqliyyat vasitələri

Əsas mövzular