19:06 04 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
402 0 0

Dəyişiklik layihəsi Milli Məclisin iyunun 29-da keçiriləcək növbədənkənar sonuncu plenar iclasında müzakirəyə çıxarılacaq

BAKI, 22 iyun — Sputnik. Son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunan əcnəbilər cəriməni ödədikdə Azərbaycana gəlmələri ilə bağlı qadağanın aradan qaldırılması təklif olunur. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 16-cı (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişi ilə bağlı qadağalar və məhdudiyyətlər) maddəsinə edilən yeni bəndə əsasən, bu məcəllənin 16.1.8-ci (Şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda) maddəsində nəzərdə tutulan şəxslər cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödədikdə onların Azərbaycana gəlməsi ilə bağlı qadağa götürülür.

Layihədə bildirilib ki, bu, qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə edilir. Dəyişiklik layihəsi Milli Məclisin iyunun 29-da keçiriləcək növbədənkənar sonuncu plenar iclasında müzakirəyə çıxarılacaq.

Əlaqədar

Bakıda qadın ev almaq adı ilə əcnəbinin başına "oyun açdı"
Ülvi Mehdiyev: “Əcnəbilər 2 dəqiqə ərzində viza alaraq ölkəyə daxil ola biləcək”
Sərhəddi saxta viza ilə keçmək istəyən əcnəbilər saxlanılıb
Ekspert: “Əcnəbi müəllimlərin fəaliyyəti xarici dillərin tədrisində mümkündür”
Ölkəmizdə yüzlərlə əcnəbiyə daimi yaşamaq icazəsi verildi
Teqlər:
Miqrasiya Məcəlləsi, inzibati məsuliyyət, maddə, qadağa, Azərbaycan

Əsas mövzular