Sürücülərin nəzərinə: Bu saatlardan etibarən...

© Sputnik / Murad OrujovДвижение транспорта на трассе Баку-Сумгайыт, фото из архива
Движение транспорта на трассе Баку-Сумгайыт, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi ərazilərdə hərəkət qismən məhdudlaşdırılacaq

BAKI, 25 may — Sputnik. Bu gün gündüz və gecə paytaxtın bir neçə ərazisində hərəkət qismən məhdudlaşdırılacaq. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Запрещающий знак дорожного движения и красный свет светофора, фото из архива - Sputnik Azərbaycan
AYDA yolları bağlaya-bağlaya gedir

Bildirilib ki, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 11:00-dan axşam saatlarınadək Binəqədi rayonu Biləcəri dairəsində, axşam saat 22:00-dan səhər saatlarınadək isə Səbail rayonu, Neftçilər prospektinin Əziz Əliyev və Rixard küçələri arasında yerləşən hissəsində və Rixard Zorge küçəsinin özündə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.

Bu məqsədlə sözügedən küçələr boyu qeyd olunan müddət ərzində avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq. Sürücülərdən sözügedən küçələrlə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər lenti
0