16:41 18 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Здание посольства Ирана в Баку

Avrasiya İqtisadi İttifaqı və İran azad ticarət zonası yaradır

© Sputnik /
XƏBƏRLƏR
Qısa URL
79 0 0

Sazişin həyata keçirilməsi ötən il 2,7 milyard dollar olan qarşılıqlı ticarət dövriyyəsinin həcmini artırmağa imkan verəcək

BAKI, 17 may — Sputnik. Astana iqtisadi forumu çərçivəsində Avrasiya İqtisadi İttifaqı (Aİİ) və İran arasında azad ticarət zonasının yaradılması haqqında müvəqqəti saziş imzalayıb. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

"Müvəqqəti sazişdə arbitraj da daxil olmaqla mübahisələrin həlli üçün effektiv mexanizm nəzərdə tutulun. Tərəflər arbitrləri seçir və arbitraj məhkəməsinin yeri də daxil olmaqla razılığa gəlirlər. Həmçinin yüksək rütbəli şəxslərin iştirakı ilə birgə komitənin və biznes-dialoqun yaradılması nəzərdə tutulub", — deyə Avrasiya İqtisadi Komissiyasının (AİK) sədri Tiqran Sarkisyan bildirib.

O vurğulayıb ki, müvəqqəti saziş üç illiyinə bağlanılır, bu müddət ərzində tərəflər azad ticarət zonası haqqında daimi saziş haqqında razılaşmalıdırlar.

Qeyd edək ki, müvəqqəti sənəd Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə İran arasında azad ticarət zonasının formalaşdırılmasının ilkin mərhələsi hesab olunur. Sazişə əsasən xeyli sayda mal və məhsullarının gömrük haqlarının aşağı salınması və ya sıfırlanmasını nəzərdə tutur. Sazişin həyata keçirilməsi ötən il 2,7 milyard dollar olan qarşılıqlı ticarət dövriyyəsinin həcmini artırmağa imkan verəcək.

Əlaqədar

İran və İsrail sürətlə açıq müharibəyə doğru gedir
İran bəyan etdi: Nüvə proqramını bərpa etməyə hazırıq
ABŞ-ın İran qərarı və dünyanın reaksiyası
Politoloq: “ABŞ-İran müharibəsi region üçün faciədir”
İsraildən Rusiyaya İran təklifi
Yenə gömrük, yenə İran vətəndaşı, yenə tiryək...

Əsas mövzular