01:27 27 May 2018
Canlı yayım
  • RUB0.0276
  • USD1.7000
  • EUR1.9906
Bakıda yol

Paytaxta iki istiqamətdən giriş bağlandı

© Sputnik / Irade CELIL
XƏBƏRLƏR
Qısa URL
150 0 0

Avtomobillərin hərəkəti iş gedən zolaqlar üzrə məhdudlaşdırılıb

BAKI, 16 may — Sputnik. Bakının bəzi ərazilərində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Bu barədə Sputnik Azərbaycan-a Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Bağlanmış yol
© Foto : AAYDA-nin mətbuat xidməti

O bildirib ki, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Bakı-Ələt avtomobil yolunun Azneft dairəsi – Bayıl dairəsi arasında yerləşən hissəsində (hər iki istiqamətdə) və Lökbatan-Qobu-Hökməli avtomobil yoluna yeni üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılır. Bu məqsədlə sözügedən yollar boyu axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılıb.

Eyni zamanda, Bakı Dairəvi-1 avtomobil yolunda (hər iki istiqamət üzrə) əyri-xətli dəmir tirlərin yol ayrıcında və yolun kənarlarında yenilənməsi işləri aparılır. Bu məqsədlə avtomobillərin hərəkəti iş gedən zolaqlar üzrə məhdudlaşdırılıb.

"Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", — deyə Nəcəfli əlavə edib.

Əlaqədar

Yol polisi əməkdaşı avtoqəzada öldü
Sürücülərin nəzərinə: Bu yollar bağlanır
DYP-dən sürücülərə xəbərdarlıq: Sabah bu yollarla getməyin
Sürücülərə xoş xəbər: Bu yol açıldı
Teqlər:
məhdudlaşdırılma, Anar Nəcəfli, yol, Bakı, hərəkət, avtomobil

Əsas mövzular