01:13 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlib

Prezident İlham Əliyev Naxçıvanda səfərdədir

© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
XƏBƏRLƏR
Qısa URL
138 0 0

Dövlət başçısı, həmçinin rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

BAKI, 16 may — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfər edib. Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısını Naxçıvan Beynəlxalq Hava Limanında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşılayıb.

İlham Əliyev Xaçmaz rayonuna səfərə gəlib
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşdükdən sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində "Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinin birinci mərhələsinin açılışında da iştirak edib. Vasif Talıbov dövlət başçısına layihə ilə bağlı görülən işlər barədə məlumat verib. Bildirib ki, layihəyə əsasən, Şərur şəhərində, Mahmudkənd kəndində və Zeyvə kəndinin bir hissəsində yaşayan 13 min 500 nəfər Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə davamlı olaraq 24 saat təmin ediləcək.

Sonra Prezident İlham Əliyev "Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinin birinci mərhələsinin açılışını bildirən düyməni işə salıb.

Dövlət başçısı, həmçinin rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Sonda xatirə şəkli çəkdiriblər.

Əlaqədar

İlham Əliyev nəhəng kompleksi işə saldı
İlham Əliyev: "Azərbaycan bayrağı Şuşada və Xankəndidə qaldırılacaq"
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
İlham Əliyev Qələbə Günü münasibətilə keçirilən mərasimdə iştirak edib
İlham Əliyev əhalinin sosial rifahı barədə göstəriş verdi
Prezident İlham Əliyev Xaçmaz rayonuna səfər edib
Teqlər:
Vasif Talıbov, Naxçıvan, İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Əsas mövzular