11:41 06 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8883
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov idman avtomobilində

Türkmənistan prezidenti ralliyə qatıldı, qalib oldu – VİDEO

© Photo : Türkmənistan prezidentinin rəsmi saytı
XƏBƏRLƏR
Qısa URL
53 0 0

Berdıməhəmmədov əraziyə gəldiyi idman avtomobilinin yarışın göstəricilərinə uyğun olduğunu bildirərək hakimdən soruşub: "Mən də yarışda iştirak edə bilərəm?"

BAKI, 15 may — Sputnik. Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov ralli yarışında iştirak edib. Bu barədə Sputnik Azərbaycan CA-News-a istinadən xəbə verir.

Hakimlər qrupunun rəhbəri Berdıməhəmmədovu Qaraqum səhrasının xüsusi xəritəsində yarışın marşrutu, döngələrarası məsafələr barədə məlumatlandırıb. 

Berdıməhəmmədov əraziyə gəldiyi idman avtomobilinin yarışın göstəricilərinə uyğun olduğunu bildirərək hakimdən soruşub: "Mən də yarışda iştirak edə bilərəm?".

İdman avtomobilinin sükanı arxasında oturan türkmən lider Qaraqum səhrasındakı yarışı açıb. Prezidentin yanında Türkmənistan Daxili İşlər Nazirliyinin Avtomobil nəqliyyatı xidmətinin idmançısı əyləşib. Türkmənistan prezidenti finiş xəttinə çatdıqda hakimləri briqadası Berdıməhəmmədovu təbrik edərək onun bu məsafəni 10 dəqiqə 10, 45 saniyəyə qət etdiyini bildiriblər.

Əlaqədar

Qəbələdə keçirilən beynəlxalq yarış başa çatdı
Masallıda qəribə oğurluq: Yarış atları oğurlandı
Formula 1 Azərbaycan Qran Prisinin yarış cədvəlinin detalları bəlli olub
Elnarə Abbasova: "Yarış zalında göz yaşlarımı saxlaya bilmədim"

Əsas mövzular