11:28 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
XƏBƏRLƏR
Qısa URL
250 0 0

Mayın 11-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir

BAKI, 10 may — Sputnik. Bakıda və Abşeron yarımadasında mayın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-18, gündüz 21-26, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 754 civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

Mayın 11-də şimal Abşeron çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 13-14 dərəcə isti təşkil edəcək. Cənub Abşeron çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı gözlənilir. Şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 17-18 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 11-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə: Mayın 11-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Əlaqədar

Yaxın 3 gündə bizi hansı hava gözləyəcək?
Hava xəbərdarlığı: Yağış, dolu, şimşək
Çirkli hava hər il 7 milyon adam öldürür
Mayda bizi gözləyən hava proqnozu açıqlandı
Sabaha gözlənilən hava şəraiti
Yeni həftənin ilk günündə hava yenə dəyişəcək - XƏBƏRDARLIQ
Teqlər:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, çimərlik, dərəcə, yağış, hava

Əsas mövzular