Bakının əsas küçələrindən biri sürücülərin üzünə bağlanır

© Photo : AAYDATəbriz küçəsinin bir hissəsində yenidənqurma işləri yekunlaşdırılıb
Təbriz küçəsinin bir hissəsində yenidənqurma işləri yekunlaşdırılıb - Sputnik Azərbaycan
Abunə olmaq
Yol boyu 10 min p-metr yeni səki daşının düzülməsi nəzərdə tutulub

BAKI, 25 aprel — Sputnik. Paytaxtın Nəsimi və Nərimanov rayonları arasında uzanan və sözügedən rayonlarının əsas nəqliyyat arteriyasını təşkil edən Təbriz küçəsi təmir edilir. Bu barədə Sputnik Azərbaycan-a Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O bildirib ki, 3.5 km uzunluğa malik küçənin artıq 1.1 km əsaslı şəkildə təmir olunaraq vətəndaşların istifadəsinə verilib: "Sözügedən hissə Nərimanov rayonunun böyük və hərəkət intensivliyi ilə seçilən küçələri — Əliyar Əliyev, Ağa Nemətulla, Əhməd Rəcəbli, Həsənoğlu küçələri ilə kəsişir. Küçənin bu ərazisındə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə 2 laydan ibarət və 28 min kv.m sahəni əhatə edən yeni asfalt-beton örtük döşənib".

© Photo : AAYDATəbriz küçəsinin bir hissəsində yenidənqurma işləri yekunlaşdırılıb
Təbriz küçəsinin bir hissəsində yenidənqurma işləri yekunlaşdırılıb - Sputnik Azərbaycan
Təbriz küçəsinin bir hissəsində yenidənqurma işləri yekunlaşdırılıb

Bundan başqa təmir-tikinti işləri zamanı küçənin Ağa Nemətulla və Əhməd Rəcəbli küçələri arasında yerləşən hissəsində 500 kv.m sahədə 150 metr uzunluğunda və 2-4 metr enində yeni yol ayrıcı inşa olunub, yeni işıq dirəkləri quraşdırılıb: "Yeni inşa edilən yol ayrıcına, həmçinin Əhməd Rəcəbli və Həsənoğlu küçələri arasında yerləşən hissədə mövcud yol ayrıcına 755 kv.m tamet daşları döşənib. Məqsəd həmin ərazidə avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətini təmin etməkdir".

Nəcəflinin sözlərinə görə, Təbriz küçəsinin yenicə təmirdən çıxmış hissəsində mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq zəruri olan yerlərdə 6 ədəd yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin dəmir-beton hissələri qaldırılaraq 30 ədəd yeni baxış qapaqları qoyulub. Küçənin qalan 2.4 km-lik hissəsində isə hazırda təmir-tikinti işləri davam etdirilir.

© Photo : AAYDATəbriz küçəsinin bir hissəsində yenidənqurma işləri yekunlaşdırılıb
Təbriz küçəsinin bir hissəsində yenidənqurma işləri yekunlaşdırılıb - Sputnik Azərbaycan
Təbriz küçəsinin bir hissəsində yenidənqurma işləri yekunlaşdırılıb

"Yenidənqurma işləri zamanı küçənin 45 min kv.m sahəsi frezlənib, küçə boyu mövcud köhnə yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, zəruri yerlərdə yeni sistem qurulub, 2.9 km uzunluğunda yeni su xətləri, 1.5 km uzunluğunda isə yeni qaz xətləri çəkilib, mövcud rabitə xətləri yenilənib, yol boyu 6.5 km uzunluğunda yeni səki daşı düzülüb. Ümumilikdə isə yol boyu 10 min p-metr yeni səki daşının düzülməsi nəzərdə tutulub" — deyən AYDA təmsilçisinin dediyinə görə, sutkanın qaranlıq saatlarında küçənin normal işıqlandırılmasını təmin etmək məqsədi ilə işıqlandırma sistemi yenilənir, 8 yerdə avtobus dayanacaqlarının önündə xüsusi "cib"li hissələr yaradılır.

Xəbər lenti
0