22:50 25 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
Bakı

Bakı aydınlığa çıxdı

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
193 0 0

Bakıda və Abşeron yarımadasında toz-dumanın miqdarının sanitar normaya uyğun olduğu müəyyən edilib

BAKI, 20 aprel — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 20 aprel 2018-ci il tarixində səhər saatlarında Bakıda və Abşeron yarımadasında toz-dumanın miqdarının sanitar normaya uyğun olduğu müəyyən edilib. Sputnik Azərbaycan xəbər verir ki, buna səbəb ölkə ərazisinə daxil olan şimal-qərb küləyidir.

Qeyd edək ki, ETSN Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır. Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 19 aprel 2018-ci il tarixində saat 12:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı bir qədər artaraq sanitar normadan 37 faiz yuxarı olduğu qeydə alınıb.

Əlaqədar

Bakını bürümüş toz dumanı ilə bağlı operativ qərar verildi
Paytaxtı bürüyən toz dumanı güclənir
Bakını niyə toz dumanı bürüyüb - rəsmi açıqlama
Teqlər:
ETSN Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti, Abşeron, Bakı

Əsas mövzular