19:26 21 Aprel 2018
Canlı yayım
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahın fəaliyyət proqramının təqdimatı keçirilib

AVCİYA prezident seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayıb

© Sputnik / Irade CELIL
XƏBƏRLƏR
Qısa URL
23 0 0

AVCİYA Seçki Qərargahının müxtəlif sahələrdə apardığı monitorinqin nəticələri göstərir ki, ictimai-siyasi vəziyyət, seçicilərin fəallığı, mövcud qanunvericilik və digər amillər ölkədə demokratik və şəffaf seçkilərin keçirilməsinə tam imkan verir

BAKI, 6 aprel — Sputnik. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib ki, aralıq hesabat 05 fevral-06 aprel 2018-ci il dövrü əhatə edir: "Hesabatda "İctimai-siyasi mühit", "Söz və mətbuat azadlığı", "Sərbəst toplaşmaq azadlığı", "Namizədlərin irəli sürülməsi, qeydə alınması", "Seçici siyahıları, Seçki administrasiyasının fəaliyyəti", "Təbliğat və təşviqat kampaniyası"nın monitorinqinin nəticələri öz əksini tapıb".

Onun sözlərinə görə, hesabatda, həmçinin AVCİYA haqqında məlumat və AVCİYA tərəfindən aparılan KİV-in monitorinqinin nəticələri də yer alıb: "Monitorinqin keçirildiyi dövrdə — müstəqil qəzetlərdə seçki xəbərləri ümumi xəbərlərin 13,27%-ni, müstəqil teleqraf agentliklərində 13,65%-ni, iqtidar qəzetlərində 17,62%-ni, müxalifət qəzetlərində 9,84%-ni təşkil edib. Müstəqil qəzetlər içərisində "Bakı xəbər" qəzeti (51,67%), müxalifət qəzetlərindən "Yeni Müsavat" qəzeti (50%), iqtidar qəzetlərindən "Azərbaycan" qəzeti (50,82%) öz səhifələrində seçki xəbərlərinə daha çox yer ayırıblar. APA və "Trend" informasiya agentliklərinin göstəriciləri bərabərdir (50%)".

Seçki qərargahının rəhbəri bildirib ki, seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyətini qənaətbəxş qiymətləndirmək olar: "MSK-nın gördüyü bütün işlər fəaliyyət proqramında göstərilən müddətlərdə, vaxtında həyata keçirilib. MSK tərəfindən seçki maarifçiliyinə aid bir sıra tədbirlər həyata keçirilib, müxtəlif vəsaitlər, seçki plakatları çap olunaraq yayılıb. Azərbaycan Respublikası Prezidentliyinə namizədlərin irəli sürülməsi və imzatoplama kampaniyası Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirilib və kənar müdaxilələr qeydə alınmayıb”.

Həmçinin vurğulayıb ki, seçkilər ərəfəsində və seçkilər elan olunduqdan sonra sərbəst toplaşmaq azadlığı, söz və mətbuat azadlığı sahəsində hər hansı problemlər müşahidə edilməyib. KİV-in və jurnalistlərin fəaliyyətinə hər hansı müdaxilə və təzyiq faktları qeydə alınmayıb. Vətəndaş cəmiyyəti institutlarının seçki maarifçiliyi, seçkilərin monitorinqi və müşahidəsinə hazırlıq fəaliyyətlərinə, paytaxt və regionlarda seçicilərlə görüşlərinə və tədbirlərin təşkilinə hər hansı müdaxilə və əngəllər müşahidə edilməyib".

M.Zülfüqarlının sözlərinə görə, AVCİYA Seçki Qərargahının müxtəlif sahələrdə apardığı monitorinqin nəticələri göstərir ki, 11 aprel prezident seçkiləri ərəfəsində ictimai-siyasi vəziyyət, seçicilərin fəallığı, mövcud qanunvericilik və digər amillər ölkədə demokratik və şəffaf seçkilərin keçirilməsinə tam imkan verir.

Əlaqədar

İlham Əliyev: "Prezident seçkiləri ədalətli və şəffaf keçiriləcək"
Prezident seçkiləri ilə bağlı vacib məlumat
Prezident seçkiləri üçün ödənişli təşviqat qiymətləri açıqlandı
Prezident seçkiləri ilə bağlı bəzi prosedurlar başa çatır
Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı sərt xəbərdarlıq
Azərbaycanda prezident seçkiləri: Şərtlər, qaydalar və namizədlər qarşısında tələblər
Prezident seçkiləri ilə bağlı fəaliyyət proqramı açıqlandı
Teqlər:
Seçki Qərargahı, Mərkəzi Seçki Komissiyası, prezident seçkiləri, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası

Əsas mövzular