15:52 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
870703

Coğrafiya İnstitutu: Qışda Bakıya qar yağmaması iqlim dəyişmələri ilə bağlıdır, bundan sonra belə olacaq

BAKI, 27 fevral — Sputnik. "Qış aylarında Bakıya qarın yağmaması iqlim dəyişmələri, iqlimin istiləşməsi ilə bağlıdır. Bundan sonra belə olacaq".

Sputnik Azərbaycan xəbər verir ki, bunu APA-ya Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib. O bildirib ki, planetin qlobal temperaturu yüksəlir: "Qış aylarında havaların mülayim keçməsi, fevral ayında qarın yağmaması iqlim dəyişmələri ilə bağlıdır, başqa səbəbi yoxdur".

"Bunların fəsadlarını həyatımızda mənfi hiss edirik. Qar özü ilə bərəkət gətirir. Başqa tərəfdən, mikroblar ölür, xəstəliklər azalır. Eyni zamanda, qarın yağması yuxarı dağlarda su ehtiyatının yığılması deməkdir. İstilər düşəndən sonra qar əriyir, çaylarda ilboyu su olur, insanlar ondan istifadə edirlər. Bütün bunlar olmayacaq. Qlobal istiləşmə təbii ki, insan sağlamlığında mənfi təsirlərini də göstərəcək", — R.Məmmədov vurğulayıb.

İnstitut direktoru Xəzər dənizində suyun səviyyəsinin hazırkı vəziyyətinə də toxunub. Onun sözlərinə görə, suyun səviyyəsi ilə bağlı ciddi narahatlıq yoxdur: "Xəzərdə suyun səviyyəsinin qalxıb-enmə halları müşahidə olunsa da, azdır. Bu, ekstremal hal deyil".

Əlaqədar

Proqnoz açıqlandı: Çiskin, yağış, qar...
Sabah ölkəmizə qar yağacaq
Bakıya yağış və qar gəlir - Proqnoz açıqlandı
Qara qar yağdı
Teqlər:
akademik Ramiz Məmmədov, Coğrafiya İnstitutu, qış ayları, su, iqlim, qar, Bakı, isti, hava

Əsas mövzular