Türkiyədə azərbaycanlıları fahişəliyə məcbur edən böyük banda tutuldu

© AFP 2023 / VALERY HACHEFahişə, arxiv şəkli
Fahişə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İstanbula gətirilən qadınların pasportları əllərindən alınıb, borca salındıqdan sonra fahişəliyə məcbur edildikləri məlum olub

BAKI, 20 fevral — Sputnik. İstanbula başqa ölkələrdən "yüksək maaşlı iş" vədiylə gətirilən qadınları gecəsi 300 dollara fahişəliyə məcbur edən qrupa qarşı əməliyyat keçirilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, üzvlərindən 3-ü qadın olmaqla 17 nəfər həbs edilib.

Qrupun pasportlarını alaraq fahişəliyə məcbur etdiyi 140 qadın isə polis tərəfindən azad edilib. Araşdırma zamanı qadınlardan 50-sinin Türkiyə, 90-nın isə digər ölkə vətəndaşları olduğu müəyyənləşib. Onların arasında Azərbaycan vətəndaşları da var. Qadınlarla söhbət zamanı onların "yüksək maaşlı iş" vədi ilə İstanbula gətirildikləri məlum olub.

İstanbula gətirilən qadınların pasportları əllərindən alınıb, borca salındıqdan sonra fahişəliyə məcbur edildikləri bildirilir.

Qadınların müayinəsi zamanı onlardan 2-də HİV virusu, 13-də cinsi yolla keçən cinsi xəstəliyin olduğu aşkarlanıb. İzahatları alındıqdan sonra türk qadınlar azadlığa buraxılıb, əcnəbi qadınların ölkələrinə göndərilməsi üçün sənədləri hazırlanır.

Xəbər lenti
0