Türkiyə ordusu artıq Afrindədir

© REUTERS / STRTürkiyə tankları Suriya ilə sərhədə yaxın Kilis əyalətində, 21 yanvar 2018-ci il
Türkiyə tankları Suriya ilə sərhədə yaxın Kilis əyalətində, 21 yanvar 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Silahlı Qüvvələrinə Afrində əməliyyata başlayan Azad Suriya Ordusu da dəstək verir

BAKI, 21 yanvar — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin (TSK) tankları Suriyanın Afrin bölgəsinə daxil olub.

Sputnik Türkiyə xəbər verir ki, TSK-ya Afrində əməliyyata başlayan Azad Suriya Ordusu da dəstək verir.

Əməliyyatların getdiyi ərazidə olan NTV və AA müxbirlərinin verdiyi məlumata görə, "Zeytun budağı hərəkatı" çərçivəsində TSK-ya dəstək verən ASO Afrin ərazilərinə daxil olaraq içəridə hərəkətə başlayıb.

Quru əməliyyatları zamanı Türkiyə ordusunun ciddi müqavimətlə üzləşmədiyi xəbər verilir. YPG terrorçuları ətraf kənd və qəsəbələrə geri çəkiliblər.

Türkiyə dünən Afrində Suriyanın silahlı kürd dəstələrinə (YPG) qarşı əməliyyatlara başlayıb. Terrorçuların mövqelərinə havadan zərbələr endirilib.

Suriyanın müxalifətdən olan Azad Suriya Ordusu bu gün ölkənin şimalında yerləşən Afrin rayonunda genişmiqyaslı əməliyyatlara başlayıb.

TSK dünən saat 17.00-da başlayan əməliyyat zamanı Afrindəki 7 bölgədə aşkarlanan 113 PYD/PKK hədəfindən 108-nin vurulduğunu bəyan edib.

Xəbər lenti
0