22:52 19 Yanvar 2018
Canlı yayım
Bakı Metropoliteninin Nəriman Nərimanov stansiyası

Bakı metrosunda daha bir qorxunc hadisə

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
19710

Təcili yardım çağırılıb və vətəndaş xəstənaya aprılıb

BAKI, 12 yanvar — Sputnik. Bu gün Bakı Metropolitenin Neftçilər stansiyasında sərnişinlər qatardan düşürülüb. Sputnik Azərbaycan-ın hadisə yerində olan əməkdaşı bildirir ki, Qara Qarayev metrosunda hadisə baş verdiyi üçün sərnişinlər Neftçilər metrosunda düşürülüb. Əməkdaşımızın verdiyi məlumata görə, kimsə özünü qatarına altına atıb.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin sözlərinə görə, intihara cəhd hadisəsi bu gün səhər 09.18 radələrində metronun Qara Qarayev stansiyasında baş verib. Belə ki, 60-70 yaşlı bir kişi özünü Dərnəgülə gedən 28 saylı qatarın atına atmaq istəyib: "Sərnişin qatar gələn hissədə tam girişdə özünü qatarın altına atmaq istəyib. Qatar vurub platformaya atıb, vətəndaş reyslərin üzərinə düşməyib. Təcili yardım çağırılıb və vətəndaş xəstənaya aparılıb. Onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb".

Hüquq mühafizə orqanlarından Sputnik Azərbaycan-a verilən məlumata görə, intihara cəhd edən şəxs 1971-ci il təvəllüdlü Cəlilov Cəmil Qulam oğlu olub. 

Əlaqədar

İntihar etmiş gəncin meyiti tapıldı
Bakı metrosunda növbəti intihar hadisəsi olub
Şabranda 49 yaşlı kişinin intiharının təfərrüatı
Ata qızlarını öldürüb intihar etdi
Teqlər:
təcili yardım, Qara Qarayev, Nəsimi Paşayev, intihar, neftçilər, platforma, qatar, stansiya, Metropliten

Əsas mövzular