Gözlənilən hava şəraitindən xəbəriniz olsun

© Sputnik / Irade JELILMasazırda yağışın fəsadları
Masazırda yağışın fəsadları - Sputnik Azərbaycan
Abunə olmaq
Sabaha gözlənilən hava proqnozu açıqlanıb

BAKI, 13 dekabr — Sputnik. Bakıda və Abşeron yarımadasında dekabrın 14-də hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, cənub-şərq küləyi əsəcək.

Külək, arxiv şəkli - Sputnik Azərbaycan
Xoş olmayan xəbər gəldi... - Hava proqnozu

Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-12° isti, Bakıda gecə 5-7° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti təşkil edəcək.

Xəbər lenti
0