03:53 20 Noyabr 2017
Canlı yayım
Beynəlxalq Transxəzr Nəqliyyat Marşurutu Beynəlxalq Assosasiyası Hüquqi Şəxlər Birliyinin ümumi yığıncağı

Nəqliyyatçılar toplantı keçirirlər

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
24 0 0

Bundan sonra Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna tranzit axını güclənəcək

BAKI, 15 noyabr — Sputnik. Bu gün Bakıda "Beynəlxalq Transxəzr Nəqliyyat Marşurutu" Beynəlxalq Assosasiyası Hüquqi Şəxlər Birliyinin (BTNM BA HŞB) ümumi yığıncağı keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə 2017-ci il üzrə BTNM BA HŞB-nin yekun hesabatı, 2018-ci il üçün daşınma həcminə dair planın təsdiqlənməsi, 2018-ci il üçün BTNM BA HŞB-nin büdcəsinin təsdiqlənməsi, 2018-ci il üçün tədbirlər planının, ümumi iclaslar üzrə planın, 2018-ci il üçün illik üzvlük haqqının miqdarının və həmçinin BTNM BA HŞB-nin ştat cədvəlinin təsdiqlənməsi, 2018-ci il üçün BTNM üzrə tariflərin razılaşdırılması və təsdiqlənməsi, həmçinin digər məsələlər müzakirə edilib.

Beynəlxalq Transxəzr Nəqliyyat Marşurutu Beynəlxalq Assosasiyası Hüquqi Şəxlər Birliyinin ümumi yığıncağı
© Sputnik / Murad Orujov
"Beynəlxalq Transxəzr Nəqliyyat Marşurutu" Beynəlxalq Assosasiyası Hüquqi Şəxlər Birliyinin ümumi yığıncağı

Müzakirələrdə ölkələrarası yük axınının artırılması, həmçinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun səmərəli istifadəsi, Avrasiyada perspektiv nəqliyyat dəhlizlərindən biri kimi BTNM-in vacibliyi qeyd olunub. Eyni zamanda, bu dəhlizin potensialından istifadə edilməsinin, bu istiqamətə yük axınının cəlb edilməsinin zəruriliyi vurğulanıb. Qeyd olunub ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Bundan sonra Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna tranzit axını güclənəcək.

"Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağının sonunda "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Qazaxıstan Dəmir Yolları" Milli Şirkətinin prezidenti Kanat Alpısbayev, "Gürcüstan Dəmir Yolu" SC-nin sədr müavini Aleksi Nikolaşvili, Türkiyənin Dəmir Yolunun yük daşımaları üzrə baş direktoru Veysi Kurt, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktor müavini Vahid Əliyev və Batumi Dəniz Limanının baş direktorunun müavini İlyas Mukatovun iştirakı ilə müvafiq sənədlər imzalanacaq.

Əlaqədar

50 il Bakı sakinlərinin xidmətində dayanan nəqliyyat növü
Azərbaycan-Türkiyə Qarışıq Nəqliyyat Komissiyasının iclası keçirilib
Allahverənov: “İctimai nəqliyyatdakı problemlər ənənəvi xarakter daşıyır”
Bayramov: “Dəmir yolu nəqliyyat dəhlizlərinin birləşdirilməsi baxımından vacibdir”
Nəqliyyat problemlərinin həlli üçün addımlar atılır
Teqlər:
BTNM BA HŞB, "Beynəlxalq Transxəzr Nəqliyyat Marşurutu" Beynəlxalq Assosasiyası Hüquqi Şəxlər Birliyi, nəqliyyat

Əsas mövzular