Sabah bizi nə gözləyir?

© Sputnik / Murad OrujovГорожане на одной из центральных улиц Баку
Горожане на одной из центральных улиц Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

BAKI, 26 oktyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında oktyabrın 27-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Adamlar - Sputnik Azərbaycan
Vətəndaşlara rəsmi xəbərdarlıq

Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-14° isti, gündüz 16-19° isti, Bakıda gecə 12-14°, gündüz 17-19° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında, əsasən səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 18-23° isti, dağlarda gecə 4-9°, gündüz 11-16° isti olacağı gözlənilir.

Xəbər lenti
0