07:49 12 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8782
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu

Polad Bülbüloğlu namizədliyini geri götürdü

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
93 0 0

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini geri götürüb

BAKI, 10 oktyabr — Sputnik. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini geri götürüb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Polad Bülbüloğlu oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra bu addımı atıb. Belə ki, YUNESKO-nun İcraiyyə Şurası oktyabrın 9-da keçirilən səsvermənin birinci turunda təşkilatın yeni baş direktorunu seçə bilməyib. İlk turun favoritləri Qətər, Fransa və Misirin namizədləri olub.

Bir gün sonra, yəni bu gün YUNESKO-nun baş direktoru vəzifəsinə keçirilən səsvermənin ikinci turu da nəticəsiz başa çatıb və heç bir namizəd səs çoxluğu əldə edə bilməyib. Finalçıların siyahısında da heç bir dəyişiklik olmayıb. Qətər təmsilçisi 20, Fransa 13, Misir 12 səs alıb. Çin və Vyetnamın namizədləri hərəsinə 5, Livanın namizədi isə 3 səs qazanıb. Səsvermədə iştirak edən 58 namizəddən heç biri seçilmək üçün lazım olan 30 səsi toplaya bilməyib.

YUNESKO-nun baş direktoru vəzifəsinə 5 ölkənin nümayəndəsi israrlıdır. İlk üçlüyə Qətər, Fransa və Misirin namizədi düşüb. Səsvermənin növbəti turu oktyabrın 11-də keçiriləcək. Yeni baş direktorun adının oktyabrın 13-də məlum olacağı ehtimal edilir.

YUNESKO-nun yeni baş direktoru vəzifəsinə əvvəlcə 9 nəfərin namizədliyi irəli sürülüb. Lakin sonradan Qvatemala və İraq öz namizədliklərini geri götürüb. Nəticədə seçkilərdə Azərbaycan (Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu), Çin (YUNESKO-nun təhsil məsələləri üzrə baş direktorunun müavini Syan Tan), Misir (Ailə işləri üzrə sabiq nazir və hüquq müdafiəçisi Vera əl-Huri Lakoy), Vyetnam (xarici işlər nazirinin müavini Fam Suan Şon), Qətər (sabiq mədəniyyət naziri Hamad bin Əbdüləziz əl-Kavari), Fransa (keçmiş mədəniyyət və kommunikasiya naziri Odri Azule) qalıb.

Əlaqədar

"Polad Bülbüloğlunun seçilməsi YUNESKO-nun məramlarının təşviqinə töhfəsini verəcək"
Polad Bülbüloğlunun yüksək vəzifəyə namizədliyi irəli sürüldü
Teqlər:
Vyetnam, səsvermə, Livan, Misir, Qətər, Çin, Fransa, YUNESKO, Polad Bülbüloğlu

Əsas mövzular