13:41 24 Oktyabr 2017
Canlı yayım
Bakıda yağışlı hava

Rəsmi xəbərdarlıq edildi: Ehtiyatlı olun

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
2595 0 0

Nazirlik əhalini xəbərdar edir

BAKI, 10 oktyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında oktyabrın 11-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-16, gündüz 16-20, Bakıda gecə 14-16, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 11-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13, gündüz 15-20, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə: Oktyabrın 11-12-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun bir qədər enməsi və yağışlı hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Nazirlik xəbərdarlıq da edir: Bakıda və Abşeron yarımadasında oktyabrın 11-dən 13-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.

Əlaqədar

Həftənin əvvəlində hava yaxşı olacaq - Rəsmi
Hava şəraiti ilə bağlı yeni xəbər var
Zeynalov: “Havaların belə keçməsi iqlimin kəskin dəyişməsi ilə əlaqəlidir”
Növbəti hava xəbərdarlığı
Hava istirahət planlarınızı pozacaq: xəbərdarlıq
Teqlər:
Abşeron yarımadası, leysan, Bakı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, külək, hava, yağış

Əsas mövzular