21:59 19 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8766
Rövşən Lənkəranskinin güllələndiyi avtomobil

Rövşən Lənkəranskinin qanı tökülən avtomobil kimə çatacaq?

© Photo: APA
XƏBƏRLƏR
Qısa URL
873 0 0

Canıyevin Beşiktaşda qətlə yetirildiyi "Range Rover" markalı, 90 ND 011 dövlət nömrə nişanlı avtomobili Bakıya gətirilib

BAKI, 29 sentyabr — Sputnik. Azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskinin güllələndiyi avtomobil Azərbaycandadır. Sputnik Azərbaycan unikal.org-a istinadən xəbər verir ki, Canıyevin Beşiktaşda qətlə yetirildiyi "Range Rover" markalı, 90 ND 011 dövlət nömrə nişanlı avtomobili, bu günlərdə istintaq işi başa çatdığı üçün Bakıya gətirilib. Məlumata görə, avtomobil "qanuni oğru"nun Bakıdakı bağ evində saxlanılır.

Xatırladaq ki, Azərbaycanlı "qanuni oğru" Rövşən Canıyev ("Rövşən Lənkəranski") 2016-cı il avqustun 18-də Türkiyədə öldürülüb. "Rövşən Lənkəranski" kimi məşhurlaşan Rövşən Canıyev İstanbulun Beşiktaş bölgəsində qaldığı hoteldən çıxdıqdan sonra onun olduğu avtomobil pusquya düşüb. Hoteldən çıxan "Range Rover" markalı, Az 90 ND 011 dövlət nömrə nişanlı avtomobil 10 metr irəlidə pusqu quranların silahlı hücumuna məruz qalıb və qanlı hadisə nəticəsində qətlə yetirilib.

Əlaqədar

Lənkəranskinin adamları Qulinin "sağ əlini" öldürdülər - İlginc təfərrüat
Məşhur "avtoritet" Şeyx Həmzət Rövşən Lənkəranskinin qəbri üstündə: "Bu böyük itkidir"
Məşhur avtoritetlər Rövşən Lənkəranskinin il mərasimində
Polisdən Rövşən Lənkəranskinin ölüm günü ilə bağlı gözlənilməz açıqlama
Rusiyadakı kütləvi davada Rövşən Lənkəranski izi
Rövşən Lənkəranski Lotu Bəxtiyarın rekordunu təzələdi
Teqlər:
"Range Rover" markalı, Az 90 ND 011 dövlət nömrə nişanlı avtomobil, Rövşən Canıyev, Rövşən Lənkəranski, "qanuni oğru", Bakı, Azərbaycan

Əsas mövzular