16:38 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
56 0 0

Cənazə vida mərasiminin keçiriləcəyi Azərbaycan Milli Elmlər Akademiyasına aparılır

BAKI, 29 sentyabr — Sputnik. Dünya şöhrətli alim Lütfi Zadənin cənazəsi bu gecə saat 03.00 radələrində Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının müşayiəti ilə Heydər Əliyev Beynəlxalq Hava Limanından Heydər məscidinə aparılıb. APA-nın xəbərinə görə, məsciddə cənazə namazı qılınıb, Lütfü Zadənin ruhuna dualar oxunub.

Cənazə vida mərasiminin keçiriləcəyi Azərbaycan Milli Elmlər Akademiyasına aparılır. Vida mərasimi saat 12.00-dan 14.00-dək keçiriləcək.

Qeyd edək ki, Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.

Lütfinin atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olmaq qərarına gəlib.

  • Lütfü Zadənin cənazə namazı qılınıb
    Lütfü Zadənin cənazə namazı qılınıb
    © Photo : APA
  • Lütfü Zadənin cənazə namazı qılınıb
    Lütfü Zadənin cənazə namazı qılınıb
    © Photo : APA
  • Lütfü Zadənin cənazə namazı qılınıb
    Lütfü Zadənin cənazə namazı qılınıb
    © Photo : APA
1 / 3
© Photo : APA
Lütfü Zadənin cənazə namazı qılınıb

O, ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. 10 yaşında ailəsi ilə birlikdə Tehrana köçüb. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra Amerika Birləşmiş Ştatlarına gedib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib.

Lütfi Zadə süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru idi. O, bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.

Dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir.

20 il Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməyən qeyri-səlis məntiq nəzəriyyəsi, nəhayət, 1980-ci illərdə yapon alimləri tərəfindən böyük maraqla qarşılanıb.

Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz edib. Paltaryuyan maşınlardan tutmuş, avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda tətbiq olunub.

Dünya şöhrətli alimi sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib.

Əlaqədar

Lütfi Zadənin cənazəsi Bakıya gətirildi
Lütfi Zadənin dəfni barədə yeni məlumat
Lütfi Zadə ilə vida mərasiminin yeri və vaxtı məlum oldu
Lütfi Zadənin nəşinın Bakıya yola salınacağı gün bilindi
Lütfi Zadənin dəfni ilə bağlı müəmma
Lütfi Zadənin dəfn ediləcəyi tarix məlum oldu
Teqlər:
ziyalı, cənazə namazı, alim, Lütfi Zadə

Əsas mövzular