"Aznar"dan açıqlama: Yanlışlıq olub

© Photo : "Aznar" QSC-nin rəsmi internet saytı"Aznar" QSC-nin zavodu, arxiv şəkli
Aznar QSC-nin zavodu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Əslində ləğv edilən Teymur Əhmədov adına "Aznar" QSC-nin törəmə müəssisəsi "Az-Nar" QSC-dir"

BAKI, 22 sentyabr — Sputnik. Teymur Əhmədov adına "Aznar" QSC, mətbuatda ləğv olunacağına dair yayılmış məlumata münasibət bildirib. QSC-dən "Marja"nın sorğusuna cavab olaraq bildirilib ki, məlumat səhvən Teymur Əhmədov adına "Aznar" QSC-nin adından yazılıb.

“AzNar” QSC-nin məhsulları - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycanda milyarderin şirkəti ləğv olundu

"Əslində ləğv edilən Teymur Əhmədov adına "Aznar" QSC-nin törəmə müəssisəsi "Az-Nar" QSC-dir. Ləğv olunma səbəbi isə səhmdarların ümumi yığıncağında bilinəcək" — sorğuya cavab olaraq bildirilib.

Xəbər verdiyimiz kimi, dərc edilmiş elana görə, "Aznar" QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. İclasın gündəliyinə "Aznar" QSC-nin ləğv edilməsi, ləğvetmə komissiyasının təyin edilməsi və ləğvetmə ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi kimi məsələlər daxildir.

"Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar növbədənkənar ümumi yığıncağın çağırılmasına 15 gün qalmış gündəliyə daxil olan məsələlər üzrə müvafiq materiallarla Teymur Əhmədov adına "Aznar" QSC-nin inzibati binasında tanış olmaq olar hüququna malikdirlər", — deyə elanda vurğulanıb.

Qeyd edək ki, şirkətin təsisçi və majoritar səhmdarı milyarder Fərhad Əhmədovdur. Həmçinin F. Əhmədov 2012 ildən "Aznar" Direktorlar Şurasının sədridir.

"Aznar" Göyçayda zavoda və nar bağlarına malikdir. Şirkət "Grante" nar şirələrini dünyanın bir neçə ölkəsinə ixrac edir.

Xəbər lenti
0