13:08 23 Noyabr 2017
Canlı yayım
Aşıq Ədalət Qazaxda son mənzilə yola salınıb

Böyük azərbaycanlı torpağa tapşırıldı

© Sputnik / İlham Mustafa
XƏBƏRLƏR
Qısa URL
1529 0 0

Onun cənazəsi doğulduğu rayonda dəfn olunub

BAKI, 15 sentyabr — Sputnik. Qazax Rayon Mədəniyyət Evində, ustad Aşıq Ədalət Nəsibovla vida mərasimi keçirilib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, vida mərasimində Azərbaycan Aşıqlar Birliyinin rəhbərliyi, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Vida mərasimindən sonra aşığın cənazəsi Ağköynək kənd qəbiristanlığına gətirilib və torpağa tapşırılıb.

Qeyd edək ki, Aşıq Ədalət sentyabrın 14-də Bakıda vəfat edib. O, uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi.

Aşıq Ədalətin məzarı
Aşıq Ədalətin məzarı

Ədalət Məhəmmədəli oğlu Nəsibov 1939-cu il yanvar ayının 27-də Qazax rayonunda anadan olub. Ə. Nəsibov Azərbaycan mədəniyyətini, aşıq sənətini dünyanın bir çox ölkələrində təmsil edib. UNESCO tərəfindən onun ifaları ayrıca lentə alınıb.

Ədalət Nəsibovun aşıq yaradıcılığı sahəsindəki xidmətləri dövlət tərəfindən qiymətləndirilib. O, "Əməkdar İncəsənət Xadimi" fəxri adına və Azərbaycan prezidentinin fərdi təqaüdünə layiq görülüb, haqqında kitablar yazılıb, filmlər çəkilib.

Ustad aşıqla vida və dəfn mərasimi ilə bağlı daha geniş reportaj təqdim edəcəyik.

Əlaqədar

Prezident aşıqlara fəxri ad verdi
Xalq Cümhuriyyətinin tərəfdarı olduğuna görə qətl edilmiş aşıq
Aşıqlar Birliyinə yeni sədr seçilib
Teqlər:
vida mərasimi, Ədalət Nəsibov, Aşıq Ədalət, Qazax Rayon Mədəniyyət Evi, ustad, dəfn

Əsas mövzular