13:22 23 Noyabr 2017
Canlı yayım
Təzə Pir məscidi

Azərbaycanda "axund" sözü yığışdırıldı - Qərar

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
917 0 0

Təklif səsə qoyulub və qəbul edilib

BAKI, 14 sentyabr — Sputnik. Bu gün Məhərrəm ayı ilə bağlı keçirilən konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şeyxülislam Hacı Allahşükür Paşazadə, "axund" vəzifəsinin "imam" vəzifəsi ilə əvəz edilməsini təklif edib. Sputnik Azərbaycan-ın xəbərinə görə, o bildirib ki, "axund" sözü Azərbaycandan başqa heç yerdə işlədilmir.

İlahiyyatçı alim Vasim Məmmədəliyev bu təklifi dəstəkləyib. O, qeyd edib ki, vahid sistemə keçilməli və bütün axundlar "imam titulu" almalıdırlar.

Təklif səsə qoyulub və qəbul edilib. Bundan sonra Azərbaycanda bütün axundlar "imam" adlandırılacaq.

Əlaqədar

Fətva verildi: Özünə xəsarət yetirmək olmaz!
Şeyxülislam: "Məhərrəmliyi bütün qaydalara uyğun keçirəcəyik"
Teqlər:
imam, Məhərrəm ayı, axund, QMİ, Şeyxülislam Hacı Allahşükür Paşazadə

Əsas mövzular